Dünya

İstanbul küçələri sel sularının əsarətində – VİDEO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində iki gün davam edəcəyi gözlənilən leysan gecə saatlarından etibarən təsirini göstərməyə başlayıb.

Esenyurt-Beylikdüzü ətrafında təsirli olan yağış kanalizasiya və su axarlarının partlamasına səbəb olub, küçələri su basıb.

Körpülərin altı və küçələr sel suları ilə dolub. Hətta iş yerlərinə avtomobillə getmək istəyən vətəndaşlar sel suları ilə dolu küçələrdə hərəkət etmək məcburiyyətində qalıblar.

Digər tərəfdən, kanalizasiya lyukundan fontan vuran su küçəni cənginə alaraq nəqliyyatın hərəkətini daha da çətinləşdirib. Vətəndaşlar həmin anların görüntüsünü telefonlarının kamerasına həkk edib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir