Cəmiyyət

Şəkidə 13 yaşlı məktəbli niyə vəfat edib?

Sharing is caring!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəkidə 13 yaşlı yeniyetmənin xəstəxanada vəfat etməsi barədə açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili vasitəsilə hospitalizasiya olunub:

“Ona dəqiqləşdirilməmiş hemorragik vəziyyət diaqnozu təyin edilib. Pasiyent xəstəxanaya qəbul edilən zaman üz, boyun, gövdə nahiyələrində və aşağı ətrafların yuxarı hissəsində hemorragik səpgilər, eləcə də huşunun alaqaranlıq olması müşahidə edilib. Pasiyentdən dərhal laborator analizlər götürülərək konsultasiya məqsədilə həkim-reanimatoloq, həkim-infeksionist və həkim-hematoloqun rəyi alınıb”.

Bildirilib ki, həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 19:20-də pasiyentin ölüm halı qeydə alınıb.

Qeyd edək ki, dünən Şəkidə dünən 2011-ci il təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. O, orada vəfat edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir