Dünya

Türkiyənin turizm şəhərləri ilə bağlı XƏBƏRDARLIQ – FOTO

Sharing is caring!

Türkiyənin Meteorologiya İdarəsi İzmir və Antalya daxil olmaqla 11 şəhər üçün “sarı” xəbərdarlıq edib.

Bunlar Afyonkarahisar, Antalya, Aydın, Burdur, Denizli, İsparta, İzmir, Kütahya, Manisa, Muğla və Uşakdır.

Səlahiyyətlilər sel, daşqın, şimşək çaxması və nəqliyyatın işinin dayanması kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq ediblər.

Proqnoza görə, bu gün günorta saatlarından etibarən Daxili Egey və Qərbi Aralıq dənizinin daxili seqmentlərində güclü leysan xarakterli yağış gözlənilir.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir