Dünya

İranda ziyarətgah torpaq altında qaldı: Ölənlər və itkin düşənlər var – FOTO/VİDEO

Sharing is caring!

İranın Tehran əyalətində leysan səbəbindən yaranan daşqınlar İmamzadə Davud ziyarətgahı ərazisində torpaq sürüşməsinə gətirib çıxarıb. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində azı beş nəfər həlak olub.

Bu barədə İran FHN-in nümayəndəsi Cəlal Maliki bəyan edib.

Onun sözlərinə görə, daha doqquz nəfər itkin düşüb, bu səbəbdən qurbanların sayının artacağı istisna olunmur.

“Son məlumatlara görə altı nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir”, – deyə nümayəndə əlavə edib.

Mənbə: Tejarat News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir