Dünya

Kraliça II Elizabetin səhhətində ciddi problem: Ənənəvi tədbir qəfildən ləğv edildi – FOTO

Sharing is caring!

Böyük Britaniyada kraliça II Elizabetin səhhəti yenidən narahatlıq doğurub. Monarxın Şotlandiyanın Balmoral qəsrində yerli sakinlər üçün ənənəvi olaraq təşkil etdiyi qəbulunun ləğvi isə bu narahatlığı daha da artırıb.

Bu barədə “The Mirror” öz mənbələrinə istinadla bildirib.

“Balmoralda ənənəvi qəbul adətən kraliçanın təqvimində qeyd olunur. II Elizabet onu ziyarət etməyə gələn yerli sakinləri salamlaya bilməkdən əsl zövq alır. Mərasimin ənənəvi formada keçirilməməsi acı məyusluq doğurur”, – deyə mənbədən bildirilib.

Beləliklə, bu gün kraliçanın Şotlandiya iqamətgahında adi qarşılanma mərasimi əvəzinə kiçik özəl tədbir keçiriləcək.

II Elizabet pandemiya dövründən başqa, hər il yerliləri Balmoral qalasının qapılarında qarşılayırdı. Mərasim çərçivəsində o, xüsusilə Şotlandiya alaylarının sıralarını təftiş edirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir