Dünya

Kubada ildırımın vurduğu neft anbarında yenidən partlayış səsləri eşidilir – VİDEO

Sharing is caring!

Kubanın Matansas əyalətində ildırım vurması nəticəsində yanan neft anbarında daha bir partlayış baş verib.

Məlumata görə, hadisə yerli vaxtla 23:30-da (Bakı vaxtı ilə 07:30) qeydə alınıb.

Ümumilikdə neft anbarında indiyədək səkkiz rezervuardan ikisi məhv olub.

Xatırladaq ki, artıq dördüncü gündür ki, Matansas əyalətində neft anbarı yanır. Yanğın tankın günbəzinə ildırım düşməsindən sonra başlayıb. Hazırda rəsmi məlumata görə, bir nəfər ölüb, 16 nəfər itkin düşüb, 122 nəfər yaralanıb.

Dünən yanğının başladığı yanacaq rezervuarın söndürüldüyü bildirilmişdi.

Mənbə: TASS, RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir