Dünya

Rusiyadan “Taxıl sazişi” ilə bağlı müəmmalı AÇIQLAMA

Sharing is caring!

“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb.

Bu sözləri jurnalistlərə müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb:

“Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxarıb, digərlərini diqqətdən kənarda qoya bilmərik. Biz təbii ki, baş vermiş və baş vermək ehtimalı olan hər məqamı nəzərə almalıyıq”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir