Dünya

Polşa kəşfiyyatının rəhbəri istefa verdi

Sharing is caring!

Polşa kəşfiyyat idarəsinin rəhbəri Pyotr Kravçik istefa verib.

Bu barədə cümə axşamı xüsusi xidmətlər üzrə nazir-koordinatorun nümayəndəsi Stanislav Jarın məlumat verib.

Kravçikin 2016-cı ilin dekabrından quruma başçılıq etdiyi bildirilib.

Ehtimallara görə, təhlükəsizlik rəhbərinin istefası Polşa Səhiyyə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə əlaqəsi olan silah ticarətçisindən respiratorların alınması zamanı yol verilən sui-istifadə hallarının araşdırılması ilə bağlı ola bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir