Dünya

Şri-Lankada İosif Stalin həbs olundu

Sharing is caring!

Şri-Lanka polisi bu ilin may ayında icazəsiz mitinq və etiraz aksiyalarının təşkili və həmin aksiyalarda iştiraka görə yerli müəllimlər həmkarlar ittifaqının sədri İosif Stalini həbs edib.

Məlumata görə, həbsi zamanı Stalin polislə mübahisə etməyə çalışıb və etiraz etmək hüququnun demokratik hüquq olduğunu bəyan edib. Sovet rəhbərlərindən birinin adaşı müvəqqəti saxlama təcridxanasına göndərilib.

Qeyd edək ki, Stalinin iştirak etdiyi Şri Lankadakı etirazlar aprel ayında ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan görünməmiş maliyyə və iqtisadi böhran fonunda başlayıb. Ada dövlətində xarici valyuta, yanacaq, neft məhsulları, gübrələr, ərzaq və dərman qıtlığı yaşanır.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir