Dünya

Vahid Ələkbərov 3,92 milyard dollar zərərə düşüb

Sharing is caring!

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 milyard dollar azalıb.

2022-ci il avqustun 1-nə olan məlumata görə, sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyard dollara düşən “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən “yoxsullaşmış” milyarderləri siyahısına başçılıq edir.

“Bloomberg” Milyarderlər İndeksinə görə, ilin əvvəlindən “Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirərək, sərvəti 26,7 milyard dollara qədər azalıb. NLMK sədri Vladimir Lisin 5,5 milyard dollar yoxsullaşıb və hazırda sərvəti 22,5 milyard dollar təşkil edir.

Həmçinin, il ərzində “Lukoyl”un eks-prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Onun sərvəti 2022-ci ilin əvvəlinə olan məlumata görə 17,8 milyard dollar qiymətləndirilib.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.