Dünya

İranda daha bir avropalı casusluqda şübhəli bilinərək həbs edilib

Sharing is caring!

İran kəşfiyyatı İsveç vətəndaşını casusluqda şübhəli bilərək həbs edib.

Məlumata görə, saxlanılan şəxs dəfələrlə digər əcnəbilərdən ibarət (bəziləri xüsusi xidmət orqanlarının nəzarətində olub) qrupların tərkibində İrana daxil olub. O, sonuncu dəfə bir neçə ay əvvəl İslam Respublikasına yollanıb və ölkəni tərk etmək istəyərkən saxlanılıb.

İddialara görə, daha əvvəl İranda casusluq fəaliyyətinə görə saxlanılan avropalının həbsi şübhəlinin şəxsiyyətinin müəyyənləşdirilməsinə kömək edib.

Saxlanma İsveçdə iranlı Həmid Nuriyə qarşı hökmə Tehranın etirazları fonunda baş verib. İyulun 14-də Stokholm Dairə Məhkəməsi onu 1988-ci ildə İslam Respublikası ərazisində edamların təşkilində iştirak etdiyinə görə ömürlük həbsə məhkum edib.

Mənbə: Independentpersian.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir