Dünya

Avropada futbol karnavalı: Bu gecə dörd superkubok sahibini tapacaq – AFİŞA

Sharing is caring!

Bu gün böyük futbol ölkələrindən bir neçəsində superkubok həyəcanı yaşanacaq. 

Oxu.Az xəbər verir ki, İngiltərə, Niderland, Türkiyə və Almaniyada superkubok qarşılaşmaları keçiriləcək. 

Gecənin ilk qarşılaşması “Dumanlı Albion”da olacaq. Belə ki, “Liverpul” “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Başlama vaxtı: 20:00

Hakim: Kreyq Pavson

Arena: King Powe Stadium

Günün ikinci superkubok qarşılaşması Türkiyədə baş tutacaq. “Trabzonspor” “Sivasspor”u imtahana çəkəcək. 

Başlama vaxtı: 21:45

Hakim: Mete Kalkavan

Arena: Ataturk Olympic Stadium

Futbol marafonu Niderlandda davam edəcək. Əzəli rəqiblər “Ajax” və “PSV” qarşılaşacaqlar. 

Başlama vaxtı: 22:00

Hakim: Dennis Hayler

Arena: Johan Cruijff ArenA

Və son olaraq Almaniya superkuboku öz sahibini tapacaq. “RB Leypzik” və “Bayern” komandaları kimin daha güclü olduğunu aydınlaşdıracaq.

Başlama vaxtı: 22:00

Arena: Red Bull Arena Leipzig

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir