Cəmiyyət

DİN-dən sabiq polis rəisi Şirzad Əsgərovla bağlı iddialara CAVAB

Sharing is caring!

Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsinin sabiq polis rəisi Şirzad Əsgərov barədə səsləndirilən ittihamlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, 2020-ci ilin yanvar ayında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Baş Prokurorluqda aparılsa da, son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir:

“Qeyd olunan ittihamlar yalandır, uydurmadır və qərəzlidir. Hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub. 2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Ş.Əsgərovun əməyi danılmazdır.

Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq, istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni, həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir”.

“Şirzad Əsgərov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə qanunun aliliyini rəhbər tutan bir zabit olub. Hazırda təqaüddə olmasına baxmayaraq, bu gün də təcrübəli və peşəkar bir polis veteranı kimi bizim sıralarımızdadır”, – deyə E.Zahidov əlavə edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir