Dünya

Varşavada Milad işıqlandırmasından imtina edilə bilər

Sharing is caring!

Varşava hakimiyyəti Milad işıqlandırmasını məhdudlaşdırmaq və ya tamamilə ləğv etmək istəyir. Polşa paytaxtının meri Rafal Tşaskovski hesab edir ki, bu, vəziyyəti xilas etməyəcək, lakin şəhərin enerjiyə qənaət məsələsinə ciddi yanaşdığını göstərəcək.

Varşava rəhbəri əlavə edib ki, bu yolla şəhər rəhbərliyi yerli sakinlərə enerjiyə qənaət etmək lazım olduğunu göstərmək istəyir.

Bundan əvvəl Polşanın keçmiş iqtisadiyyat naziri Yanuş Ştaynhoff bildirmişdi ki, ölkə qarşıdan gələn qışda istiliklə bağlı problemlərlə üzləşə bilər. Onun fikrincə, Rusiyadan gələn kömürə embarqo qoyulması qərarı “tələsik və düşünülməmiş şəkildə” qəbul edilib.

Mənbə: Arqumentı i faktı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir