Dünya

Hərbi bazaya girib insanları yadplanetlilər barədə xəbərdar etməyə çalışan şəxs həbs edilib – VİDEO

Sharing is caring!

ABŞ-da insanları yadplanetlilər barədə xəbərdar etmək üçün hərbi bazaya girməyə cəhd edən şəxs həbs edilib.

KİV-in məlumatına görə, Floridadan olan Kori Conson yük maşınını oğurlayıb və ABŞ Kosmik Qüvvələrinin bazasına doğru yola düşüb. Obyektə girməyə çalışan Conson hərbçiləri  inandırmağa çalışıb ki, o, prezidentin göstərişi ilə gəlib və insanlara əjdahalarla döyüşən yadplanetlilər haqqında danışmalıdır.

Kori həbs edilərək Brevard qraflığının həbsxanasına aparılıb. O, avtomobil qaçırmaqda ittiham olunur və üzərinə 3000 dollar girov qoyulub. Sosial media istifadəçiləri Consonun bu hərəkətinə yumorla reaksiya veriblər və bu döyüşdə kimin qalib gəldiyini soruşublar: yadplanetlilər, yoxsa əjdahalar?

“Biz filmlərdə buna hazırlaşmışdıq”, – deyə şərhçilər zarafat ediblər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir