Dünya

İsrailin Azərbaycandakı səfirindən məşhur kitabla bağlı kampaniya – VİDEO

Sharing is caring!

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” kitabını əldə edə bilməyənlər üçün hədiyyə kampaniyasına start verib.

Səfirin sözlərinə görə, kampaniya çərçivəsində 20 kitabın istifadəçilərə verilməsi planlaşdırılır.

Bunun üçün sadəcə kağız üzərində “I Love The Mysterious Tales of Tabriz” yazmaq, onu sosial media səhifələrində paylaşmaq, #mysterioustalesoftabriz həştəqini əlavə etmək və diplomatın səhifəsini işarələmək lazımdır.

Bunu edən ilk 20 nəfər kampaniyanın qalibi hesab olunacaq və səfirlikdən kitab hədiyyəsi qazanacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir