Cəmiyyət

Azərbaycanda “Qırmızı kitab”a düşən iki ayı balası doğuldu – VİDEO

Sharing is caring!


Altıağac Milli Parkında adı “Qırmızı kitab”a düşən iki qonur ayı balası dünyaya gəlib. 

Ölkəmizdə nəsli kəsilməkdə olan heyvan növlərinə aid olan əkiz qonur ayı balaları hazırda Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılır.

Reabilitasiya Mərkəzindən bildirilib ki, hazırda mərkəzdə ümumilikdə 12 böyük ayı saxlanılır. Burada vətəndaşlar tərəfindən bir çox restoran və istirahət mərkəzlərində qanunsuz olaraq saxlanılan ayılara rast gəlinir.

Qeyd edək ki, adı “Qırmızı kitab”a düşən qonur ayılar adətən iki ildə bir dəfə balalayırlar. Hamiləlik dövrü 7-8 ay, bəzən daha çox çəkir. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirə bilirlər. Bir ayı təxminən 45 ilə kimi ömür sürə bilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir