Cəmiyyət

“Azərsu”dan qurumun apardığı təmir zamanı qəzaya düşən maşınla bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


“Azərsu” ASC 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsinə səbəb olan təmirlə bağlı xəbərdaredici nişanın qoyulmasının səbəbini açıqlayıb.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, Xətai Rayon Sukanal İdarəsi tərəfindən sözügedən prospektdə kanalizasiya baxış quyusunun qapağı dəyişdirilirdi:

“Bu səbəbdən yola xəbərdaredici nişan qoyulub. Hadisə dünən baş verib. Təmir işləri də dünən yekunlaşıb. Yol nişanı təyinatı üzrə bəlli məsafədə yerləşdirilib. Qəza törədən nəqliyyat vasitəsinin sürücüsünün xəbərdaredici nişanı görməməsinə bir münasibət bildirə bilmərik. Qəza qurumun gördüyü təmir-bərpa işləri səbəbindən baş verməyib”.

10:48

Bakıda “Toyota Prius” markalı avtomobil yolda təmirlə bağlı yanlış qoyulan xəbərdaredici nişana çırpılıb.

Hadisənin videogörüntüsü sosial şəbəkədə paylaşılıb. 

Belə ki, avtomobil yolunda təmirlə bağlı qoyulan xəbərdaredici nişan yol-nəqliyyat hadisəsinə səbəb olub.

Sözügedən ərazi 8 Noyabr prospektidir. Elan isə “Azərsu” ASC-yə aid olub.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir