Dünya

Türkiyənin Mosuldakı Baş Konsulluğuna raket hücumu olub – VİDEO

Sharing is caring!

Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum olub. Hücum nəticəsində ölən və yaralanan olmayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib.

“İyulun 27-də səhər saatlarında Mosuldakı Baş Konsulluğumuza hücum edildi. Heç bir insan itkisinə səbəb olmasa da, bu hücumu şiddətlə qınayır və məsuliyyət daşıyanların mümkün qədər tez ədalət qarşısına çıxarılmasını gözləyirik”, – deyə nazirliyin məlumatında bildirilir.

“İraq hakimiyyətini diplomatik və konsulluq nümayəndəliklərinin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyə dəvət edirik.

Bu hücumun ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclası zamanı baş verməsi kədərli və düşündürücüdür.

Bu səbəblə biz İraq hakimiyyətinə terrorizmlə mübarizəyə diqqət yetirməsi və öz ərazilərindən qonşu ölkələrə və onların diplomatik nümayəndəliklərinə təhlükə yaradan terrorçuların mövcudluğuna son qoyması ilə bağlı çağırışımızı təkrar edirik”, – məlumatda vurğulanır.

Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Öncü Keçeli BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən görüşündə iştirakı zamanı Türkiyənin Mosul Baş Konsulluğunun binasının dörd raket atıldığını bildirib.

Bu barədə isə “Tebaajansı” məlumat verib.

Məlumata görə, iclasda iştirak edən İraqın xarici işlər naziri Fuad Hüseyn məlumat təsdiqlənəcəyi təqdirdə hərtərəfli araşdırma aparılacağını qeyd edib.

Yerli mənbələr, raketlərin Mosulun şimal-şərqində Əl-Hədba bölgəsindəki Konsulluq binasının ətrafına düşdüyünü, ətrafdakı binalara və maşınlara ziyan dəydiyini, lakin tələfat olmadığını bildirib.

Hadisədən sonra bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin (TSK) Mosulun Başika rayonu yaxınlığındakı Gedu hərbi bazasına da hücum etdiyi bildirilib.

Mənbə: Cumhuriyet.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir