Dünya

Rusiya ordusunun hərbi yeşiklərindən milyonlar qazanan ukraynalı ailə – VİDEO

Sharing is caring!

Rusiyanın Ukraynada apardığı genişmiqyaslı hərbi əməliyyat maraqlı faktlarla diqqəti cəlb etməkdədir. Bunlardan biri də Kiyev vilayətinin Belaya Tserkov rayonunun ucqar kəndinə sığınan rəssam Klimenko ailəsinin gördüyü işdir.

Ailənin başçısı Aleksandr Klimenko Ukrayna Rəssamlar İttifaqının üzvü, sənət əsərləri ilə Avropada tanınan rəssamdır. Fevralın 24-də Rusiyanın Kiyevə qəfil hücumundan sonra ailəsi ilə paytaxtdan hazırda yaşadığı ucqar kəndə köçən Aleksandr könüllü hərəkatına üzv olmaqla yanaşı, həyat yoldaşı Sofiya və oğlu Qermanla birlikdə peşəsi üzərində improvizasiyalar edir.

Belə ki, onlar döyüşlərdə Rusiya ordusunun qoyub qaçdığı hərbi sursat yeşiklərini toplayaraq, onların üzərində müxtəlif məzmunlu ikonalar təsvir edirlər. Ukraynalı rəssam bu işdən əldə etdiyi gəliri müharibədə yaralıların müalicə olunduğu hərbi hospitallara və orduya köçürür. O, artıq bir neçə milyon qrivna gəlir əldə etdiklərini bildirib.

Sözügedən ikonalar artıq Prezident Volodimir Zelenskinin və bir sıra avropalı siyasətçilərin otaqlarını da bəzəyir.

Qeyd edək ki, Klimenko ailəsi Rusiya ordusuna məxsus hərbi yeşiklər üzərində yaratdıqları ikonalarla beynəlxalq sərgilərə qatılmağa hazırlaşır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir