Dünya

Ani Lorakın türk əsilli keçmiş ərindən nümunəvi davranış – FOTO

Sharing is caring!

Ukraynanın Xalq artisti Ani Lorakın harada olduğu heç kimə məlum deyil, müğənni hətta öz “Instagram” səhifəsini də silib.

Ani Lorak Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qeyri-müəyyən mövqe tutandan sonra sosial şəbəkə istifadəçiləri onu mütəmadi tənqidə məruz qoyublar.

Sənətçinin də həm real, həm də virtual dünyada yoxa çıxması məhz bu məqamla izah edilir.

Lakin 43 yaşlı müğənni hesab edir ki, ona qarşı qərəzli mövqe sərgilənir və Ukrayna mediasına çıxışı qəsdən əngəllənir.

Estrada müğənnisi ukraynalı jurnalistlərə verdiyi açıqlamada söyləyib ki, bunu edənlər rəqibləri və paxıl insanlardır.

Lakin Ani Lorakdan fərqli olaraq onun keçmiş həyat yoldaşı, türkiyəli biznesmen Murat Nalçaçıoğlu isə Ukrayna ordusuna açıq dəstək verməsi ilə fərqlənir.

Türk iş adamı zərər çəkmiş ukraynalılara humanitar yardım göndərir və sosial şəbəkələrdə mütəmadi olaraq paylaşımlar edərək bu amansız müharibədə ürəyinin Ukrayna xalqının yanında olduğunu nümayiş etdirir.

Murat Nalçaçıoğlu həmçinin sosial şəbəkələrdə məşhur Ukrayna mahnılarından misraları paylaşaraq hazırda yaşadığı ölkəyə öz dəstəyini nümayiş etdirir.

Xatırladaq ki, Ani Lorak Muratla 2019-cu ildə boşanıb. Onların bu evlilikdən Sofiya adlı qızları var. Keçmiş cütlük boşanma və əmlak bölgüsü ilə əlaqədar hüquqi çəkişmədədir. 

Mənbə: Takprosto

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir