Dünya

Dünyada koronavirusa yoluxma halları üç ayda maksimuma çatıb

Sharing is caring!

Son bir həftə ərzində dünyada koronavirusa yeni yoluxma hallarının sayı 7,2 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur. Yoluxma aprel ayının səviyyəsinə uyğundur.

Lakin eyni zamanda ölüm halları azalıb.

Yeddi gün ərzində dünyada COVID-19-dan 14 min nəfər ölüb ki, bu da ötən həftə ilə müqayisədə 3,6 min nəfər azdır.

Yeddi gün ərzində təxminən iki min ölümün qeydə alındığı (əvvəlki həftə ilə müqayisədə 25% artım) ABŞ ölüm göstəricisinə görə hələ də birinci yerdədir. İkinci yerdə 1,6 min insanın öldüyü Braziliyadır. İtaliya üçüncü yeri tutur, burada hər gün 130-dan çox insan koronavirusdan ölür. Bundan sonra Fransa və Almaniya gəlir ki, bu ölkələrdə göstərici bir qədər aşağıdır.

Mənbəv: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir