Cəmiyyət

Komitə sədri: “Səhiyyə üzrə dövlət proqramlarının icrasına ayrılan vəsait çox azdır”

Sharing is caring!


“Səhiyyə üzrə dövlət proqramlarının həyata keçirilməsinə ayrılan vəsait çox azdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, azad edilən ərazilərdə yeni səhiyyə strukturlarının yaradılması və tibbi xidmətlərin təşkili məqsədilə investisiya vəsaitlərinin də bu istiqamətə yönəldilməsi yaxşı olardı:

“Bu gün ölkədə səhiyyə üzrə 18 dövlət proqramı həyata keçirilir və ən ağır xəstəlikləri əhatə edir. Proqramların icrası üçün gələn ilin dövlət büdcəsindən 265 milyon manat ayrılması nəzərdə tutulub.

Hesab edirəm ki, bu vəsait müvafiq proqramların adekvat həyata keçirilməsi üçün çox azdır. Ona görə bu proqramların icbari tibbi sığortaya cəlb olunması daha uyğun olardı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir