Dünya

Yair Lapid: “Rusiya ilə münasibətlər İsrail üçün vacibdir”

Sharing is caring!

İsrailin Baş naziri Yair Lapid bazar günü Rusiyadakı Yəhudi Agentliyi “Sohnut”un mümkün bağlanması ilə bağlı vəziyyətə dair idarələrarası iclas keçirib.

Nazirlər Kabinetinin rəhbəri Rusiya ilə əlaqələrin yəhudi dövləti üçün əhəmiyyətini vurğulayıb və agentliyin Rusiyada mümkün ləğvinin iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərəcəyini qeyd edib.

Görüş zamanı “Sohnut” agentliyi ilə bağlı məsələnin nizamlanması məqsədilə hökumət heyətinin Rusiyaya göndərilməsi planları təsdiqlənib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir