Dünya

Dağıstanda yol qəzası: Bir ölü, 18 yaralı

Sharing is caring!

Dağıstanın Babayurtovski rayonunda mikroavtobus və minik avtomobilinin iştirakı ilə qəza baş verib. Nəticədə bir nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə iyulun 23-də regional Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qəza Həştərxan-Mahaçqala federal magistral yolunda baş verib.

“İlkin məlumata görə, “VAZ-2114” markalı avtomobilin sürücüsü ötmə əməliyyatını həyata keçirərkən 18 nəfər sərnişini daşıyan “Mercedes Sprinter” markalı mikroavtobus ilə toqquşub”, – nazirliyin Telegram-kanalında yayımlanan məlumatda deyilir.

Dağıstan prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, ölən avtomobilin sürücüsüdür.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir