Cəmiyyət

Balakəndə tapılan unikal məbəd: Tarixçi bilinməyənləri açıqladı – VİDEO

Sharing is caring!


Ölkəmizin şimal-qərb qapısı sayılan Balakən “məbədlər diyarı” kimi tanınır.

Burada yaşı 1500-dən çox olan onlarla tarixi abidə var. Lakin dağlıq-meşəlik ərazilərdə hələ də araşdırılmayan tarixi tikililər qalmaqdadır.

Tarixçi Akif Məmmədlinin verdiyi məlumata görə, yaxın günlərdə rayonun Mahamalar kəndində 2 yeni abidə aşkar edilib. Sözügedən abidələr V-VII əsrlərə aiddir.

O bildirib ki, abidələrdən biri Zəmbi kilsə adlandırılır və son dərəcə əhəmiyyətli strateji mövqedə yerləşib:

“Abidənin olduğu nöqtədən bütün Balakən ərazisi aydın görünürdü”.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə yerləşən məbədlər tarixi abidələrin reyestrinə daxil deyil. Tikilinin qeydiyyata alınması istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılacaq.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir