Dünya

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlı saxlanılıb – FOTO

Sharing is caring!

Almaniyada bir aydan çoxdur axtarışda olan 36 yaşlı azərbaycanlı Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə saxlanılıb.

Almaniya Federal Daxili İşlər Nazirliyindən “Report”un Avropa börosuna bildirilib ki, əməliyyat Polisin Xüsusi Əməliyyat Qrupu tərəfindən həyata keçirilib.

E.Ağayev Polşaya qaçmağı planlaşdırırmış. Bu barədə Polşa polisi məlumatlandırılıb.

Onun bu gün Kalettal şəhər məhkəməsinə çıxarılması gözlənilir.

Xatırladaq ki, bu ilin iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 36 yaşlı azərbaycanlı Elçin Ağayev qısqanclıq zəmnində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib.

E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalırmışlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir