Dünya

Rusiyada meymun azyaşlı qızı dişlədi: Uşaq reanimasiyaya yerləşdirildi – FOTO/VİDEO

Sharing is caring!

Rusiyada qəzəbli meymun azyaşlı qıza hücum edərək, onu dişləyib.

Hadisə Moskva ətrafındakı Terpiqorevo kəndində yaşanıb.

Uşaq evin həyətində dostları ilə oynayarkən heyvanın hücumuna məruz qalıb. Meymunun qonşuluqdakı xüsusi zooparkda yaşadığı və köçürülmə zamanı qaçdığı məlum olub.

Hadisədən sonra uşaq reanimasiyaya yerləşdirilib. Ona bədənində dərin kəsiklər və barmaqlarının sınması diaqnozu qoyulub.

Meymun zooparkın əməkdaşları tərəfindən tutulub. Heyvanının isə sonrakı aqibəti məlum deyil.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir