Dünya

Qrenlandiyada anomal istilər: Həftəsonu altı milyard ton su həcmində buzlaq əriyib

Sharing is caring!

Qrenlandiyadakı aysberqlərdə yaranan gölməçələr adanın buz təbəqəsində böyük bir dəyişikliyin baş verdiyini göstərir.

Qrenlandiyanın şimalında bir neçə gün davam edən qeyri-adi isti hava buzlaqların sürətlə əriməsinə səbəb olub. Buna ərimiş sudan yaranan və okeana doğru istiqamətlənən çaylar da sübut kimi göstərilə bilər. Temperatur təxminən 15 dərəcə təşkil edir ki, bu da ilin bu dövrü üçün normadan 10 dərəcə yüksəkdir.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin məlumatına görə, təkcə iyulun 15-dən iyulun 17-dək Qrenlandiyada əriyən buzun miqdarı gündə altı milyard ton suya bərabər olub ki, bu da 7,2 milyon olimpiya ölçülü hovuzu doldurmağa kifayət edəcək göstəricidir.

Başqa sözlə, bütün Qərbi Virciniya ştatını 0,3 m səviyyəsində örtmək üçün kifayətdir.

“Keçən həftə şimalda ərimə 30-40 illik orta iqlim nəzərə alınarsa, normal deyil”, – deyə Kolorado Universitetinin Milli Qar və Buz Məlumat Mərkəzinin baş elmi əməkdaşı Ted Skambos qeyd edib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir