Dünya

Hindistanın aviadaşıyıcı gəmisində yanğın baş verib

Sharing is caring!

Hindistanın “Vikramaditya” aviadaşıyıcı gəmisində yanğın baş verib.

Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.

Yanğın Karnataka sahillərində aviadaşıyıcının 18 aylıq təmirdən sonra sınağı zamanı baş verib.

Artıq yanğın lokallaşdırılıb. Tələfat barədə məlumat yoxdur.

Komissiya insidentin səbəblərini araşdırır.

Qeyd edək ki, “Vikramaditya” aviadaşıyıcısı “Admiral Qorşkov” ağır aviadaşıyıcı kreyserinin modernləşdirilmiş versiyasıdır. Gəmi 2013-cü il noyabrın 16-da Rusiya-Hindistan sövdələşməsinə uyğun olaraq 2,33 milyard dollar məbləğində Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir