Dünya

Çində tornado yüzlərlə evi dağıdıb: Ölən və yaralananlar var – FOTO/VİDEO

Sharing is caring!

Çinin Lianyungang şəhərində tornado yüzlərlə yaşayış binasına ziyan vurub. Təbii fəlakət nəticəsində 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə şəhər administrasiyası məlumat yayıb.

Bildirilir ki, şəhərin mərkəzi hissəsində küləyin sürəti saatda 220 kilometrə çatıb.

Ümumilikdə 2200-dən çox insanın zərər çəkdiyi deyilir.

Çin Mərkəzi Televiziyası bir nəfərin öldüyünü bildirib.

Qasırğa 649 yaşayış binasına ziyan vurub, şəhərə dəyən ümumi iqtisadi ziyan 65 milyon yuan (16,4 milyon manat) həcmində qiymətləndirilir. Həmin rayonlarda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir