Cəmiyyət

İkitərəfli əməkdaşlığa mühüm töhfə

Sharing is caring!

  Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri kimi cox mühüm məsələlərdən biri də ölkəmizin beynəlxalq terrorizmə və kütləvi qırğın silahlarının istifadəsinə qarşı mübarizədə fəal iştirak etməsidir. Bu sahədə dövlətimiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar Azərbaycan bütün beynəlxalq təşəbbüslərə qoşulur və bu sahəyə dair müxtəlif  beynəlxalq tədbirlərdə layiqincə təmsil olunur.
  Azərbaycanın milli maraqlara əsaslanan tam müstəqil xarici siyasət kursu həyata keçirməsi, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verməsi, müxtəlif məsələlərə yanaşmada ədalətli mövqe sərgiləməsi ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Respublikamızın Avropa İttifaqı (Aİ) və quruma üzv dövlətlərlə münasibətlərinin dərinləşməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatı bunu bir daha təsdiq edir. 
   İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir. Planlaşdırılmış bütün məsələlər icra olunub. Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var.
   Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır. Gələn ay hazırlıq işləri başa çata bilər.
     Dövlətimizin başçısı  Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələr ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul etdiyini dəfələrlə diqqətə çatdırıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energetika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir.
   Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir. Bu, bizim qəti fikrimizdir. 

Elçin Hüseynov, Cəlilabad Gİİ rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir