Dünya

Yaponiyada təhlükə barədə xəbərdarlıq: Minlərlə insan təxliyə olunacaq – VİDEO

Sharing is caring!

Yaponiyada güclü yağışlar səbəbindən minlərlə insanın təxliyəsi barədə göstəriş verilib.

Ölkənin bəzi bölgələrində sel təsirli olub, çaylarda suyun səviyyəsi həddindən çox artıb.

Yaponiya Meteorologiya Agentliyinin xəbərdarlığından sonra yerli hakimiyyət orqanları riskli ərazilərdəki 220 000 evdə yaşayan 470 000 nəfərin səhərə qədər təxliyəsi barədə göstəriş verib, ekspertlər isə onları mümkün daşqınlara və yeni təxliyə əmrlərinə hazır olmağa çağırıb.

Səlahiyyətlilər leysan yağışların sabah səhərə qədər davam edəcəyini bildirib və vətəndaşları ildırım çaxmasına və güclü küləyə qarşı diqqətli olmağa çağırıb.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir