Dünya

İrlandiyada rekord istilik qeydə alınıb

Sharing is caring!

İrlandiya tarixində iyul ayında ən yüksək temperatur qeydə alınıb.

Bazar ertəsi Dublində temperatur +33 dərəcəyə qalxıb.

İrlandiyanın meteoroloji məlumatlarının tarixində yalnız bir dəfə daha isti temperatur qeydə alınıb ki, bu da 1887-ci ilin iyununda – cəmi 0,3 dərəcə yüksək olub.

“Bu, əslində ən yüksək iyul rekordudur. Bu gün 20-ci və 21-ci əsrlər üçün rekord göstəricidir”, – deyə meteoroloq Liz Qevin bildirib.

Ən azı səkkiz meteoroloji stansiya dünən 30 dərəcə və ya daha yüksək temperatur qeydə alıb ki, bu da iyulun adi 18-20 dərəcə diapazonundan xeyli yüksəkdir.

Rekord qıran temperaturun sona çatması ilə əlaqədar yeddi əyalət üçün tufanla bağlı sarı xəbərdarlıq edilib.

Leysan xarakterli intensiv yağış, bəzi yerlərdə daşqın olacağı ehtimalı var.

Mənbə: The Irısh Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir