İdman

Mehmet Topal futbol karyerasına son qoydu

Sharing is caring!

Ən son “Beşiktaş” futbol klubunda çıxış edən milli futbolçu Mehmet Topal 36 yaşında aktiv futbol karyerasına son qoyub. O, bununla bağlı vida mesajı yayımlayıb.

“Hamınız haqqınızı halal edin. Tamamilə fərqli bir macəranın ilk addımını atmaq yoluna qədəm qoyarkən hamınızın qarşısında hörmətlə baş əyirəm. Əlvida”, – deyə futbolçu qeyd edib.

36 yaşlı təcrübəli yarımmüdafiəçi karyerası ərzində ümumilikdə 563 rəsmi oyuna çıxıb, 38 qol vurub, 33 məhsuldar ötürmə edib. “Qalatasaray”, “Fənərbağça” və “Medipol Başakşehir”də çempionluq qazanan və eyni liqada üç fərqli komanda ilə çempion olan ilk və yeganə türk futbolçu kimi tarixə damğasını vurub.

Mehmet Topal 13 dəfə Türkiyənin U-21 üçün, 81 dəfə əsas milli komandası üçün olmaqla cəmi 94 dəfə ay-ulduzlu forma ilə yarışıb. Topal avrokuboklarda ən çox oynayan türkiyəli futbolçu ünvanına da sahibdir.

Mənbə: Sondakika

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir