Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7 900 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq […]
Yevlax rayonunun Ərəbbəsrə kəndinin girişindəki qurumuş nəhəng qovaq ağacları sakinlər üçün təhlükə yaradır. Belə ki, onlar küləkli havalarda qurumuş budaqların qırılaraq yolda hərəkətə mane olmasından, elektrik xətlərinə ziyan verməsindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb. “Kəndi su ilə təmin edən çənimiz var. Qırılıb üstünə düşsə, susuz qalacağıq. Uşaqlar […]
“İnter” mövsümün sonunda komandanı tərk edəcək Milan Şkrinyara əvəzləyici tapıb. “Nerazzuri” “Atalanta”nın müdafiəçisi Merih Demiralı heyətinə qatmaq istəyir. Milan təmsilçisi yayda keçidi reallaşdırmaq üçün berqamolularla danışıqlara indidən start verib. Klub Türkiyə millisinin üzvünün potensialını yüksək qiymətləndirir və onun Şkrinyarın gedişindən sonra yaranacaq boşluğu doldura biləcəyinə inanır. Merih Demiral 2022-ci ilin yayında “Yuventus”dan “Atalanta”ya keçib. 25 yaşlı […]