Dünya

Donetskə raket hücumu: Azərbaycanlı yaralandı – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya silahlı qüvvələri separatçı qüvvələrlə birlikdə Donetsk vilayətinin Slavyansk və Kramatorsk rayonları istiqamətində hücuma keçib.

Qeyd edilib ki, bu, Luqanskdan sonra Donetsk vilayətinin tamamilə mühasirəyə alınmasına səbəb ola bilər.

“Hücum nəticəsində Svetokorskun kəndlərindən birində Ruslan Hacıyev adlı azərbaycanlı yaralanıb, onun fermasındakı təxminən 100 xırdabuynuzlu, bir neçə iribuynuzlu heyvan yanaraq kül olub”, – deyə əlavə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir