Dünya

Moldova ilə Ukrayna sərhədində “spirt boru kəməri” tapıldı – VİDEO

Sharing is caring!

Ukraynanın Podolsk sərhəd dəstəsinin əməkdaşları Moldova ilə dövlət sərhədi yaxınlığında plastik borulardan ibarət yeraltı xətt aşkar ediblər.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Boru 32 yaşlı Ukrayna vətəndaşının fərdi yaşayış evi istiqamətində dövlət sərhəddi boyu yeran altından 300 metrlik məsafədə uzanıb.

“Magistral kəmər” Moldova-Ukrayna sərhədinin Dnestryanı seqmentindən Ukraynanın Odessa bölgəsinə spirtin qeyri-qanuni daşınması üçün istifadə edilib.

Ukrayna Təhlükəsizlik Xidməti və Razdelnyanski Rayon Prokurorluğu tərəfindən aparılan axtarışlardan sonra yaxınlıqda xarakterik spirt qoxusu olan qablar və bükülmüş polietilen borunun bir hissəsi aşkar edilib.

Mənbə: odessamedia.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir