Dünya

Türkiyədə gənc qızın mədəsindən 158 metal əşya çıxdı – VİDEO

Sharing is caring!

Vanda yaşayan və psixoloji problemləri olduğu bildirilən 25 yaşlı gnc qız iynə udma səbəbiylə qarın ağrısı şikayəti əsasında yerli xəstəxanaya aparılıb.

Müayinədən sonra onun mədəsində naqillərin və bəzi yad cisimlərin olduğu bildirilib.

Xəstəni əməliyyat edən həkim və komandası qızın mədəsindən çıxanlarıı gördükdə şoka düşüb.

Belə ki, xəstənin daxilindən düz 158 metal əşya çıxarılıb ki, onların da xeyli hissəsini mismarlar təşkil edib.

Xəstənin vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir