Dünya

Dəb brendi Bekhemin oğlu ilə müqaviləsini ləğv etdi

Sharing is caring!

Dəb brendi “Superdry” 23 yaşlı Bruklin Bekhemlə 2021-ci ilin noyabrında bağlanmış müqaviləyə xitam verib.

Belə ki, müqaviləyə əsasən, B.Bekhem 14 milyondan çox abunəçisi olan “Instagram”ında brendin geyimlərində foto paylaşmalı və onun məhsullarını tanıtmalı idi.

Lakin Bruklin vegan idman ayaqqabılarını reklam etdiyi halda, bekon və kolbasa ilə biftek, yaxud sendviç hazırladığı videoları da paylaşır. Bu isə şirkətin ideyası ilə ziddiyyət təşkil edir.

Razılaşmanın məbləğinin 1 milyon funt sterlinq olduğu ehtimal edilir.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir