Dünya

Almaniyada nazirliklər enerjiyə qənaət üçün kondisionerlərin dərəcəsini azaldacaqlar

Sharing is caring!

Almaniyanın bəzi nazirlikləri Rusiyadan gələn qazın azalması fonunda enerjiyə qənaət etmək üçün yayda kondisionerli otaqları cəmi 26 dərəcəyə qədər soyutmağa qərar verib.

Bu barədə Almaniyanın müxtəlif nazirliklərinin nümayəndələri arasında sorğu keçirən DPA agentliyi məlumat yayıb.

Kondisionerlər həmçinin Almaniya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliklərində  də tənzimlənəcək. Səhiyyə Nazirliyi binaların içərisində çox isti olmaması üçün damda günəş panellərinin quraşdırılması və pəncərələrə işığı əks etdirən plyonkaların vurulması barədə qərar qəbul edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir