Dünya

“Moskviç” zavodunda İran avtomobilləri istehsal ediləcək

Sharing is caring!

Moskvanın “Moskviç” avtomobil zavodu İran istehsalı olan avtomobillərin istehsalına başlaya bilər.

Bu barədə Rusiyanın Xaricdəki İranlılar Mərkəzinin rəhbəri Mirzay Qazi Abbas Müslim məlumat verib.

“Bizim “Moskviç”lə ciddi dialoqumuz var. İran avtomobillərinin Rusiyada “Moskviç” brendi ilə istehsalına dair ilkin razılaşma əldə olunub”, – deyə o, bildirib.

Müslimin sözlərinə görə, İran şirkətləri Tatarıstanın avtomobil zavodlarında işləmək imkanlarını da nəzərdən keçirir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir