İqtisadiyyat

51 rayon və şəhər hökumətin pulunu istəməyib

Sharing is caring!


Azərbaycanın 65 rayon və şəhərindən 51-i dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabat Milli Məclisin iclasında müzakirə edilir.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

Sənəddə göstərilir ki, 2022-ci ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 32,1 milyon manat dotasiya ayrılıb.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir