Dünya

“Mançester Yunayted”də sərt cəza: Buraxılan hər qola görə futbolçular “jim” edir – VİDEO

Sharing is caring!

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçuları bu gün “Liverpul” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl bazar ertəsi Banqkokda mətbuata açıq məşq ediblər.

Görüntülərə əsasən, Erik ten Haq öz oyunçuları üçün xüsusi cəza sistemi tətbiq edib – niderlandlı məşqçi ikitərəfli oyunda komandaları məğlub olduğu təqdirdə, oyunçularını “jim” etməyə məcbur edib. Həmçinin, “jim” hərəkətləri hər dəfə qol buraxdıqda edilib. 

52 yaşlı mütəxəssis Aleks Ferqyusonun təqaüdə çıxmasından sonra illərlə yaşanan uğursuzluqlardan sonra klubun nizam-intizam standartlarını tədricən yüksəltməyə niyyətlidir.

Məşqdən yayılan kadrlardan görünür ki, “Mançester Yunayted”in futbolçuları təlimatlara itaətkarlıqla əməl edirlər. 

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir