Dünya

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Sharing is caring!

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb. Xəstəlik Avropa səfərindən qayıdan vətəndaşda aşkarlanıb.

Bu barədə jurnalistlərə “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib.

“Xəstədən götürülən biomateriallar dərhal “Rospotrebnadzor” müəssisəsinə göndərilib. Meymunçiçəyi infeksiyası biomaterialın tədqiqatı zamanı təsdiqlənib”, – deyə qeyd edilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə və Gürcüstanda da meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir