Dünya

Portuqaliyada dördüncü gündür genişmiqyaslı meşə yanğını davam edir: 30-a yaxın adam xəsarət alıb – VİDEO

Sharing is caring!

Portuqaliyada dördüncü gündür ki, meşə yanğınlarını söndürməyə çalışırlar.

Yanğının başladığı cümə axşamından bəri təxminən 2500 hektar ərazi yanıb. Bazar gününün sonuna kimi 29 nəfərin xəsarət aldığı məlum olub – 12 yanğınsöndürən və 17 yerli sakin olmaqla əksəriyyəti yüngül xəsarətlər alıb. Təhlükə səbəbindən doqquz kəndin sakinləri təxliyə ediliblər.

Yanğının söndürülməsinə 3000-dən çox yanğınsöndürən və 60 ədəd hava texnikası cəlb olunub. Bazar günü Avropa İttifaqı digər üzv dövlətlərin portuqaliyalı həmkarlarına dəstək göndərə bilmələri üçün xüsusi yardım proqramını aktivləşdirib.

Fəlakət səbəbindən və hava proqnozları yanğınlarla bağlı vəziyyətin pisləşdiyini göstərdiyi üçün Baş nazir Antoniu Koşta Afrikaya səfərini təxirə salıb, ölkə prezidenti isə ABŞ-a səfərini ləğv edib.

Ölkə son günlər davam edən “isti dalğası”ndan əziyyət çəkir. Çərşənbə axşamı bəzi yerlərdə 43 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir