İqtisadiyyat

İqtisadi Şuranın növbəti iclası keçirilib

Sharing is caring!


İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

30 mart 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması”, həmçinin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji investisiya layihələrinin istiqamətləri və təşviq mexanizmləri və digər cari məsələlər ətraflı müzakirə olunub. 

İclasda gündəlikdəki məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib. 

İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir