Dünya

Yaponiyada parlament seçkiləri keçirilib

Sharing is caring!

Liberal Demokrat və “Komeyto” partiyalarının koalisiyasından ibarət hakim blok

bazar günü Yaponiyada keçirilən seçkilərdən sonra parlamentin yuxarı palatasındakı yerlərin əksəriyyətini qoruyub.

Bunu prefektura seçki komissiyalarının məlumatları sübut edir.

Belə ki, yerli vaxtla saat 21:00-a (Bakı vaxtı ilə 16:00) hakim koalisiya təhlükə altında olan 125 yerdən ən azı 58-ni qazanıb. Üzvlərinin yarısı üç ildən bir seçilən parlamentin yuxarı palatasında səs çoxluğu əldə etmək üçün bu seçkilərdə cəmi 55 yer almaq kifayət edir.

Qeyd edək ki, seçkilər Yaponiyanın keçmiş baş naziri və ölkənin hakim Liberal Demokratik Partiyasının ən böyük fraksiyasının rəhbəri Şinzo Abe seçicilər qarşısında çıxışı zamanı qətlə yetirildikdən iki gün sonra baş tutub. Müxalifət partiyaları səsverməni təxirə salmağa çağırsalar da, Yaponiyanın baş naziri Fumio Kişida demokratiyanın zorakılığa tabe olmayacağını vurğulayıb.

Baş nazirin namizədliyini müəyyən edən və qanunların qəbulunda həlledici səsə malik olan aşağı palatadan fərqli olaraq, Yaponiya parlamentinin yuxarı palatası real gücə malik deyil. Lakin orada səs çoxluğu əldə edən müxalifət partiyaları hökumətin işini çətinləşdirə, qanun layihələrinin və ya büdcənin qəbulunu ləngidə bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir