Cəmiyyət

Biləsuvarın 7 kəndində su problemi davam edir

Sharing is caring!

Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi davam edir.

Bu barədə “Report”a Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə, Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri müraciət ediblər.

Onlar artıq 10 gündən çoxdur ki, problemlərin olduğunu vurğulayıblar: “10 gündür susuz qalmışıq. İyul ayı daxil olandan su kanalı tamamilə quruyub. İçməli su təminatında qıtlıq var”.

Yerli sakinlər deyiblər ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir.

Hazırda kənd sakinləri içməli suyu pulla şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə alırlar.

Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda – İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir