Dünya

Rusiyada prezidenti “hökmdar” adlandırmaq təklif olunur

Sharing is caring!

Dövlət Dumasında Rusiya dövlət başçısını prezident deyil, hökmdar adlandırmaq təklif olunur.

Bu təşəbbüslə Rusiya Liberal Demokrat Prtiyası çıxış edib.

Bildirilib ki, prezident termini icra hakimiyyətinin başçısı mənasında ilk dəfə yalnız 18-ci əsrin sonlarında ABŞ-da işlədilib, daha sonra isə bütün dünyaya yayılıb.

Təşəbbüs müəlliflərinin fikrincə, Rusiyanın ilk prezidenti Boris Yeltsinlə hazırki dövlət başçısı Vladimir Putin iki fərqli statusa malik şəxslərdir. Belə ki, Yeltsin RSFSR Konstitusiyasına, Putin isə Rusiya Konstitusiyasına əsasən seçilib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir